Argentina millisinin sabiq baş məşqçisi Fransa klubunda

Futbol üzrə Argentina milli komandasının sabiq baş məşqçisi Xorxe Sampaoli Fransada çalışacaq.

Arena.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Marsel “Olimpik”i ilə razılığa gəlib.

Tərəflər arasında 2,5 illik müqavilə imzalanacaq. Marsel klubunun Sampaolinin təyinatını qısa zamanda açıqlaması gözlənilir.

Daha əvvəl Çili və Argentina milli komandalarını, İspaniya “Sevilya”sını çalışdıran Sampaoli hazırda Braziliyanın “Atletiko Mineyro” klubunda baş məşqçidir.

“Olimpik”də bir müddət öncə Andre Villaş-Boaş klub rəhbərliyi ilə fikir ayrılığına görə istefa verib. Marsel təmsilçisi hazırda Liqa 1-də 9-cu sırada qərarlaşıb.