Argentina yığması xüsusi futbol geyimi dəstini təqdim etdi

Argentina yığması Almaniyanın “adidas” idman brendi ilə əməkdaşlığın 50 illiyi şərəfinə xüsusi futbol geyimi dəstini təqdim edib.

Arena.az bu barədə Argentina yığmasının mətbuat xidmətinə istinadən məlumat verir:

“İlk əməkdaşlıqlarının 50-ci ildönümünün qeyd edilməsi çərçivəsində “adidas” və Argentina Futbol Assosiasiyası (AFA) Argentina milli yığma komandasının futbol geyimi dəstinin xüsusi buraxılışını təqdim edirlər.

“50 il – qəlbdə və dəridə” şüarı altındakı futbol köynəyi “adidas”ın 1974-cü il Dünya Kuboku üçün Argentina milli yığma komandasının ilk futbol geyimi dəstindən ilhamlanıb”, – Argentina yığmasının mətbuat xidmətinin təqdimatında deyilir.

Həmçinin bildirilir ki, “albiseleste” bu yeni xüsusi futbol geyimi dəstindən 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 20-də Peru yığması ilə oyunda istifadə edəcək. Gələcək oyunlarda və 2025-ci il ərzində komanda keçən ilin martında buraxılmış futbol geyimi dəstini istifadə etməyə davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: