Argentinalı yarımmüdafiəçi Super Liqa klubundan ayrıldı

Türkiyənin “Dənizlispor” klubu yarımmüdafiəçisi Fede Varela ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi argentinalı futbolçu ilə qarşılıqlı razılıq əsasında vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu mövsümün əvvəlindən Dənizli klubunun uğurları üçün çalışırdı. O, klubla ilyarımlıq müqavilə bağlamışdı. Varela bu komandada cəmi 7 rəsmi matça çıxıb.

Varela bundan sonrakı karyerasını Bolqarıstanın ÇSKA (Sofiya) klubunda davam etdirəcək.

Qeyd edək ki, argentinalı yarımmüdafiəçi karyerası ərzində “Las Palmas”, “Leqanes”, “Rayo Maxadahonda”, “Portimonense”, “Portu” və “Nyon” kimi klublarda da forma geyinib.