Arits Elustondo “Real Sosyedad”la yeni müqavilə bağladı

İspaniya La Liqasında mübarizə aparan “Real Sosyedad” klubu müdafiəçisi Arits Elustondo ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2026-cı ilin 30 iyununa kimi “Real Sosyedad”ın uğurları üçün çalışmağa davam edəcək. Onun klubla əvvəlki müqaviləsi 2024-cü ilin yayına kimi idi.

Arits Elustondo “Real Sosyedad”ın öz yetirməsidir. O, 2015-ci ildən klubun əsas komandasında forma geyinir. Mərkəz müdafiəçisi doğma komandasında 223 oyuna çıxıb, 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Elustonda vaxtilə İspaniyanın U-21 yığmasında da oynayıb. O, bu mövsüm La Liqada meydana çıxdığı 16 oyunda 4 sarı və 1 qırmızı vərəqə ilə yadda qalıb.

“Real Sosyedad” hücumçusu Con Karrikaburunu da “Leqanes”ə icarəyə verib. İspaniyadan olan 20 yaşlı forvard bu mövsümün sonunadək icarədə olacaq. O da bu klubun öz yetirməsidir. İspaniyanın U-21 yığmasının da üzvü olan gənc hücumçu “Real Sosyedad”ın əsas komandasında 13 oyuna çıxıb və 2 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: