Arne Slot “Bornmut” üzərində qələbəni şərh etdi

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 5-ci turunda “Bornmut”la oyunda səfər qələbəsini (3:0) şərh edib.

Arena.az “Liverpul”un mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz üç qol vurduqda 12 dəqiqə vardı, amma düşünürəm ki, birinci hissə ərzində biz müvafiq məqamları çox gördük. Təəssüf bizə ki, birinci, ikinci və üçüncü fürsətlər gerçəkləşdirilmədi. Bizim üçün yaxşı olanı odur ki, onların da ilk fürsəti gerşəkləşmədi. Sonra bir-birinin ardınca 12 dəqiqəlik hücumlar oldu ki, bu da üç qola gətirib çıxardı. Bu, o anda bunu görmək üçün çox xoş məqam idi, güclü rəqibə qarşı oynadığımız üçün isə bizə də gərək idi. Bu, bu gün 0:3 hesabı ilə uduzanda belə, sadəcə, davam etdiyini göstərən bir rəqib idi. Bu, nəticənin əks etdirdiyindən daha çətin idi”, deyə Arne Slot vurğulayıb.

5 turdan sonra “Liverpul” Premyer Liqasının yarış cədvəlində 12 xalla 2-ci, “Bornmut” isə 5 xalla 13-cü pillədə qərarlaşıb. Premyer Liqaya 13 xalla “Mançester Siti” başçılıq edir.