“Liverpul”un baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slot Çempionlar Liqasının yeni tərtibatı haqqında fikrini bildirib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, nderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Futbolu sevən biri insan kimi bilirəm ki, hər axşam bizi maraqlı oyun gözləyəcək. Məsələn, futbolu sevən hər kəs sabah bizim oyunumuzu səbirsizliklə gözləyir. Bu həm azarkeşlər, həm də futbolçular üçün müsbət haldır”, deyə Arne Slot bildirib.
Xatırladaq ki, 2024/2025-cü illər mövsümündən etibarən Avropanın ən mötəbər klub yarışında iştirakçıların sayı 32-dən 36-ya yüksəldilib. Klassik qrup mərhələsi ümumi cədvəllə əvəz edilib. Hər komanda müxtəlif rəqiblərə qarşı 8 oyun keçirəcək. Çempionlar Liqasının yeni tərtibatında üç püşkatma nəzərdə tutulub. Bunlardan birincisi, yarışın birinci mərhələsinə qədər, ikincisi, 9-24-cü yerləri tutmuş klublar arasında ələmə oyunları ərəfəsində, üçüncü püşkatma isə Çempionlar Liqasının 1/8 final mərhələsi ərəfəsində baş tutacaq. İştirakçıların sonrakı cütləri isə yarış səbəti vasitəsilə müəyyənləşdiriləcək.
Xatırladaq ki, “Liverpul” Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turu çərçivəsində bu gün, sentyabrın 17-də “Milan”ın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.