Arne Slot: “Etihad”da qələbə – həmişə böyük qələbədir”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 26-cı turunda “Mançester Siti” ilə səfər oyununu (2:0) şərh edib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir.

“Əgər “Etihad”da oynayır və qələbə qazanırsansa, onda bu, həmişə böyük qələbədir, özü də yarış cədvəlinin vəziyyətindən asılı olmayaraq. Əgər səfərdə Qvardiolanın komandasına qarşı oynayırsansa, onda topa onlardan çox sahib olmaq demək olar ki, mümkünsüzdür. Biz, çox müdafiə olunmağımızın gərək olacağını bilirdik və biz bunun öhdəsindən gəldik, sonra isə əks-hücumda bir neçə məqam bizi qələbəyə daşıdı.

Hesabı nəzərə almasaq, birinci hissə bizdən daha çox onlar üçün daha yaxşı alındı. Düşünmürəm ki, onların çoxlu sayda gerçək imkanları vardı, amma belə təsəvvür yaranırdı ki, “Mançester Siti” indi-indi qol vuracaq. İkinci hissədə isə onların gerçək fürsətinin olduğunu xatırlamıram.

Əgər siz vacib oyunda qələbə qazanmaq istəyirsinizsə, sizə standart vəziyyətlərdə tarzlığa nail olmaq və ya bir qol vuraraq, qol buraxmamaq gərəkdir. Biz “Mançester Siti”yə çoxlu təhlükəli məqamlar yaratmağa fürsət vermədik”, deyə Slot vurğulayıb.

Niderlandlı mütəxəssis “qırmızılar”ın, ən yaxın təqibçisi, 2-ci pillədə qərarlaşmış “Arsenal”ı (26 oyundan 53 xall) 11 xal qabaqlamalarına da münasibətini açıqlayıb:

“İstənilən başqa liqada, düşünürəm ki, müvafiq üstünlük çox rahat olardı – bu liqa isə istisnadır, çünki buradakı hər oyun sizə böyük bir çağırış edir. Əlbəttə, demək olar ki, biz yaxşı vəziyyətdəyik, Ancaq “Arsenal”ın ehtiyatda bir oyunu da var. Biz isə “Vulverhemton”la oyunda qələbənin (2:1) bizə necə ağır başa gəldiyini də həmçinin yaxşı xatırlayırıq”, deyə Arne Slot bildirib.

Salah: “Bu, inanılmazdır”

“Liveprul”un misirli ulduz hücumçusu Məhəmməd Salah da “Mançester Siti” üzərində səfər qələbəsini şərh edib:

“Bu, inanılmazdır. Buraya gəlmək və burada oynamaq çox ağırdır. Biz hər oyunda qalib gəlməyə çalışırıq”, deyə Salah vurğulayıb.

Xatırladaq ki, Salah bu oyunda “qırmızılar”ın qələbəsinə qol və məhsular ötürmə ilə töhfəsini verərək, oyunun qəhramanı olub.

Qələbə sayəsində “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsindəki mövqeyini daha da möhkəmlədib. “Qırmızılar”ın 27 oyundan 64 xalı var. “Mançester Siti” isə 26 oyundan 44 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.