“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 10-cu turunun “Brayton”la ev oyunu (2:1) haqda fikrini açıqlayıb.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz ilk növbədə, “Braytona” onların çıxışına görə layiq olduqları haqqı verməliyik. Onlar böyük soyuqqanlılıq nümayiş etdirdilər və oynamaqdan çəkinmədilər. Biz müdafiədə yaxşı oynadıq. Oyunun heç bir hissəsində isə özümüzü heç göstərmədik, ola bilsin ki, müəyyən kəsimlər istisna olmaqla. Fasilədə taktikamızı azacıq dəyişdik və ikinci hissədə gücləndik. Paltardəyişmə otağında səsimi ucaltmadım. Sadəcə, əmin olmalıydım ki, oyunçuların özləri birinci hissənin çox da yaxşı olmadığını başa düşüblər”, deyə Slot vurğulayıb.
Arne Slot “qırmızılar”ın ingilis müdafiəçisi Co Qomesin “Brayton”la ev oyunundakı çıxışından da danışıb:
“Co mövsümün əvvəlində çox oynamamışdı, amma şənbə günü özünü ən yaxşı tərəfini göstərdi. Kluba gələndə mənə dedilər ki, Qomes inanılmaz peşəkardır”, deyə Slot qeyd edib.
10 turdan sonra “Liverpul” 25 xalla Premyer Liqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Brayton” isə 16 xalla 8-ci yerdədir.


