İngiltərə Futbol Assosiasiyası (The FA) “Liverpul”un baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slot haqda intizam tədbiri görüb.
Arena.az İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumat verir ki, Slot İngiltərə Premyer Liqasının 15-ci turdan “Everton”la təxirə salınmış səfər oyunundakı (2:2) şəhər derbisində davranışına görə, iki oyunluq cəza ilə “mükafatlandırılıb”.
Bununla yanaşı, niderlandlı mütəxəssis yolverilməz davranışına görə 80 min avro məbləğində cərəimə ödəməyə mükəlləf edilib.
İddia edilir ki, Slot oyundan sonra özünü ədəbsizcəsinə apararaq, hakimlərə münasibətdə təhqiredici və ya əxlaqsız ifadələr işlədib. Vurğulanır ki, Arne Slot qələtini etiraf edib.
Həmçinin, Slotun baş köməkçisi, niderlandlı mütəxəssis Sipke Hyulshoff da eyni intizam cəzasına məruz qalıb.
“Everton” və “Liverpul” da təmsilçilərinin ədəbziliyi müqabilində “zibilə” düşüblər. “Qənnadçılar” 78 min avro, “qırmızılar” isə 60 min avro məbləğində cərimə ödəməyə müəkəlləf ediliblər.
27 oyundan 64 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir. 26 oyundan 31 xal toplamış “Everton” isə 14-cü pillədə qərarlaşıb.



