“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın İngiltərə Premyer Liqasının cari mövsümündəki çempionluq yürüşü haqda söhbət açıb.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Azarkeşlərin istədiyi yeganə məqam – çempionatda bizim qalibiyyətimizdir. 35 il ərzində bircə çempionluqdan sonra, hansına ki, onlar COVID pandemiyası səbəbindən qatılmamışdılar. Onlar qatılmışdılar, amma güman ki, istədikləri kimi qüvvətlə deyil. Bunun baş verəcəyi halda, hər bir an onlar üçün xüsusi olacaq.
Mən müəyyən səbirsizliklə növbəti həftənin intizarındayam, çünki təxmin edirəm ki, “Arsenal” həftə ərzində qalib gəlməyi bacaracaq yaxşı bir komandadır. Güman ki, biz bunu özümüz etməli olacağıq, bizim ilk fürsətimiz isə növbəti həftə “Tottenhem”lə oyunda olacaq”, deyə Arne Slot vurğulayıb.
33 oyundan 79 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Qırmızılar” ən yaxın izləyicisi, 2-ci pillədə qərarlaşmış “Arsenal”ı (66 xal) 13 xal qabaqlayırlar.