Arne Slot “Liverpul”un ÇL-in yarış cədvəlindəki liderliyindən danışdı

“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlindəki liderliyindən söhbət açıb.

Arena.az xatırladır ki, “Liverpul” 5 oyundan mütləq nəticə – 15 xalla Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində zirvədə qərarlaşıb:

“Bu barədə nəsə demək çətin məsələdir. Çempionlar Liqasında hansısa komandaya liderlik etməyin faydalı olub-olmaması və ya ilk səkkizlikdə olmağın faydalı olub-olmaması yalnız mövsümün sonunda bəlli olacaq. Biz əsas heyətlə oynayırıq və ən yüksək yeri tutmaq üçün hər şeyi etməyə çalışırıq. Əgər bu, 1/8 finalda bizim güclü rəqiblə üzləşməyimizə gətirib çıxararsa, o zaman gələn mövsüm, bəlkə də, fərqli fəaliyyət göstərəcəyik”, – “Liverpul”un rəsmi saytı niderlandlı mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, yarışın 6-cı turu çərçivəsində “Liverpul” səfərdə “Jirona”nın qonağı olacaq. Oyun bu gün, dekabrın 10-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 21:45-də başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: