Arne Slot “Liverpul”un Milan zəfəri haqda: “Əla gün idi”

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının əsas mərhələsinin “Milan”la səfər oyunundakı qələbəni (3:1) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Belə bir stadionda doğum gününü qeyd etmək, həm də qələbə qazanmaq üçün əla bir gün idi. Bunu oyunun ilk beş dəqiqəsindən sonra deməzdim, amma ümumilikdə oyun çox yaxşı keçdi. Biz topla necə uğurlu işləyə biləcəyimizi nümayiş etdirdik. Biz təpki etməyi və çox aqressiv olmağı sevirik, həm də arxa xətdən oynamağı və fürsətlər yaratmağı xoşlayırıq”, deyə Arne Slot bildirib.

Əlavə edək ki, oyun axşamı, sentyabrın 17-də Arne Slotun 46 yaşı tamam olub.