“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın cari mövsüm İngiltərə Premyer Liqasını qazanmasının çətin olacağına inanır.
Arena.az “Sky Sports” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Çempionluq qazanmaq bütün dünyada çox çətindir. Çox xüsusu yaxşı icra etməlisən, ona görə də nə çox komanda, nə də çox oyunçu bunu edə bilmir.
Mən ümidvaram ki, gördüyüm işdən, olduğum kimi xoşbəxt olmağa davam edə bilərəm. Biz çempionluğu qazanmaq üçün çalışırıq, amma bu, uzun bir axındır və görüləsi çox, çox düzgün işlər var.
Siz də bu axından həzz almalısınız, mən isə bunu keçən il etmişəm və gələn il də etməyə ümidvaram”, deyə Arne Slot qətiyyətlə vurğulaıb.
İngiltərə Premyer Liqasının 16 oyunundan 39 xalla “Liverpul” yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Qırmzılar”ın ən yaxın izləyicisi 17 oyundan 35 xal toplamış “Çelsi”dir.