Arne Slot “Mançester Siti” ilə oyundan gözləntilərini paylaşdı

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının “Mançester Siti” ilə qarşıdakı 13-cü tur oyunundan gözləntilərini paylaşıb.

Arena.az “Yahoo Sport” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mançester Siti” çox yaxşı komandadır. Məncə, Xosep Qvardiolanın dünyanın ən yaxşı çalışdırıcılarından biri, hətta ən yaxşısı olmasının səbəblərindən biri də onun fəsadların həllini həmişə tapmasıdır. Onun indiki fəsadı isə Rodrinin yoxluğudur. Amma hamımız bilirik ki, o, bir həll tapacaq və onların idman forması yenidən əla olacaq. Amma ümidvaram ki, bu, bazar günündən tez olmayacaq”, deyə Arne Slot qarşıdakı oyun barədə qayğılandığını başa düşməyə əsas verib.

Xatırladaq ki, “Liverpul” “Mançester Siti”ni dekabrın 1-də “Enfild”də qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Vurğulayaq ki, qarşıdakı oyun turun mərkəzi oyunu olaraq əlamətdardır. 12 turdan sonra “Liverpul” 31 xalla Premyer Liqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Mançester Siti” isə 23 xalla 2-ci yerdədir.