“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 3-cü turunda “Mançester Yunayted” üzərində dəfər qələbəsini (3:0) şərh edib.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Məncə, məşqçi kimi görmək istədiyiniz hər şeyi bu oyunda gördünüz. Bizim üçün çətin anlar yaşandı. Məncə, “Mançester Yunayted” oyuna çox yaxşı başladı. Sonra qolumuz ləğv edildi, amma bunun heç bir mənfi qarşılığı olmadı, bundan sonra oynamağa davam etdik: üç qol vurduq. Daha çox qol vura bilərdik. İkinci hissədə “Ali”dən (Alisson Bekker – redaktorun qeyd) iki vacib qurtarış gördük. Beləliklə, hər şey yerində idi və bəlkə də ən əsası, topsuz iş tezliyi bütün oyunçular üçün inanılmaz idi. Bu, bu günü çox müsbət bir günə çevirir”, deyə Arne Slot vurğulayıb.
3 turdan sonra “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 3 xalla 14-cü pillədə qərarlaşıb. “Liverpul” isə 9 xalla 2-ci pillədə, şərti lider qismindədir. 9 xal toplamış “Mançester Siti” “qırmızılar”ı yalnız top fəri ilə üstələyərək 1-ci pillədə qərarlaşıb.