“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 19-cu turunda “Vest Hem” üzərində səfər qələbəsini (5:0) şərh edib.
Arena.az BBC-yə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Qollar çox idi, amma fürsətlər da çox idi. İkinci hissənin əvvəlində daha üç dəfə qol vura bilərdik.
Digər tərəfdən, “Vest Hem” də fürsətlərini qola çevirə bilmədi. Qapı tirinə və qapı dirəyinə dirəyə zərbələr vardı. “Lester”lə oyunda rəqibin qol vurması üçün cəmi bir imkana malik olması kifayət edib.
Qol buraxmamaq vacibdir. Qalib gəlmək üçün hər dəfə üç-dörd qol vurmalısansa, qalib gəlmək çətindir. İndi bunu öhdəsindən gəlirik, amma bu sonsuza qədər davam edə bilməz. Bəzən qalib gəlmək üçün bir və ya iki qol vurmaq və qol buraxmamaq gərəkdir”, deyə Arne Slot bildirib.
18 oyundan 45 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Vest Hem” isə 19 oyundan 23 xalla 13-cü pillədədir.



