Moskva CSKA-sının hücumameylli island yarımmüdafiəçisi Arnor Siqurdsson Çempionşipdə çıxış edən “Bləkbörn”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümündə “Bləkbörn”ün şərəfini qoruyacaq.
Siqurdsson 2018-ci ilin avqust ayında İsveçin “Norrçöpinq” klubundan 4 milyon avro müqabilində Moskva CSKA-sına transfer edilmişdi. 2022/2023 mövsümündə Siqurdsson icarə əsasında “Norrçöpinq”də forma geyinib, komandasının heyətində 15 oyun keçirib, 9 qol vurub, 1 məhsuldar ötürmə edib.
O, İngiltərə klubuna keçmək üçün “hərbçilər”lə müqaviləsini dondurub. Buna FİFA-nın Rusiya və Ukraynada çıxış edən əcnəbi futbolçularla bağlı müvafiq qərarı şərait yaradıb.
“Transfermarkt” internet-portalı Siqurdssonu 3,50 milyon avro məbləğində qiymətləndirir.