Arsen Venger “Arsenal”ın stadionu önündəki heykəlindən danışdı

“Aresenal”ın əfsanəvi baş məşqçisi Arsen Venger “topçular”ın ev stadionu yaxınlığında onun şərəfinə heykəl ucaldılmasına münasibət bildirib.

Arena.az “Goal” portalına istinadən Vengerin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Hərəkət etmədiyini görmək bir az qəribə görünür! Amma bu, duyğusaldır, çünki bu, böyük şərəfdir və ümumiyyətlə, mən həmişə bu klubun bir hissəsi olmaq istəmişəm. Buna görə də xoşbəxtəm, çünki olmaq istədiyim yerdəyəm.

Məni həmişə məndən daha böyük bir şey üzərində işləmək enerjisi ilhamlandırıb. Ümumiyyətlə mən hiss edirəm ki, mənim töhfəm bu klubu layiq olduğuna çevirmək olub: dünyanın ən böyük klublarından birinə. İndi gəlib stadiona baxanda görürəm ki, zəhmətim buna dəyərdi”, deyə Venger bildirib.

Arsen Venger 1996-2018-ci illərdə “Arsenal”ı çalışdırıb. Fransız mütəxəssisin rəhbərliyi altında London klubu 3 dəfə İngiltərə Premyer Liqasını, 7 dəfə İngiltərə Kubokunu və 7 dəfə İngiltərə Super Kubokunu qazanıb.

Arsen Vengerin rəhbərliyi altında 2003/2004 mövsümündə “Arsenal”ın bir oyunda belə, məğlub olmadan qazandığı çempionluq hələ də İngiltərə Premyer Liqasının təkrarsız rekordu olaraq qalır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: