“Arsenal” Arsen Vengerə heykəl qoyacaq

“Arsenal” sabiq baş məşqçisi Arsen Vengerin şərəfinə klubun doğma arenası “Emireyts” stadionunun qarşısında abidə ucaldacaq.

Arena.az bu barədə “The Athletic”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, heykəl bürüncdən hazırlanacaq. Hazırda heykəlin üzərində işlər artıq aparılır. Abidə Vengerin rəhbərliyi altında “topçular”ın İngiltərə Premyer Liqasında bir dəfə də məğlub olmadan çempionluğu qazandığı 2003/2004 mövsümünün 20-ci ildönümü münasibətilə ucaldılacaq.

Arsen Venger 1996-2018-ci illər aralığında “Arsenal”ı çalışdırıb. Fransız mütəxəssisin rəhbərliyi altında London klubu 3 dəfə İngiltərə çempionluğunu, 7 dəfə ölkə kubokunu, 1 dəfə ölkə superkubokunu qazanıb.

“Arsenal”dan ayrıldıqdan sonra Arsen Venger FIFA-da rəhbər vəzifədə çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaş: