İngiltərənin “Arsenal” komandası UEFA Çempionlar Liqasında (ÇL) 2005/2006-cı illər mövsümündəki uğurunu təkrarlayıb.
Arena.az bu barədə “Opta”ya istinadən xəbər verir.
Belə ki, London klubu 20 ildən sonra ilk dəfə bu turnirdə keçirdiyi ilk 5 matçda qələbə qazanıb. Ötən gün Almaniya çempionu “Bayern”i 3:1 hesabıyla məğlub edən “topçular” əvvəlki turlarda “Atletik”dən (İspaniya, 2:0), “Olimpiakos”dan (Yunanıstan, 2:0), “Atletiko”dan (İspaniya, 4:0) və “Slaviya”dan (Çexiya, 3:0) üstün olmuşdular.
2005/2006-cı illər mövsümündə bu komanda UEFA Çempionlar Liqasının finalına qədər irəliləsə də, həlledici görüşdə “Barselona”ya (İspaniya, 1:2) məğlub olmuşdu.
Qeyd edək ki, İngiltərə klubu UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində keçirdiyi 5 matçda 15 xal toplayıb və turnir cədvəlinə liderlik edir. “Arsenal” bu mövsüm Liqa mərhələsində keçirdiyi beş matçın hər birində qələbə qazanan yeganə komandadır. Mikel Artetanın baş məşqçisi olduğu komanda 6-cı turda səfərdə “Brügge” ilə üz-üzə gələcək.


