“Arsenal” gənc hücumçusunu icarəyə verdi

İngiltərənin “Arsenal” klubu hücumçusu Folarin Baloqunu icarəyə verib. Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu mövsümün sonuna qədər “Midlsbro”da çıxış edəcək.

Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gənc forvardın 2022-ci ilin 31 mayına qədər “Midlsbro”nun uğurları üçün çalışacağı diqqətə çatdırılıb.

“Arsenal”ın yetirməsi olan Folarin Baloqun karyerası ərzində ilk dəfə icarəyə verilib. Hücumçu London təmsilçisinin əsas komandasında bütövlükdə 10 oyunda meydana çıxıb, 2 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.