“Arsenal” Haverts üçün “Çelsi”yə ilk təklifini etdi

“Arsenal” Premyer Liqanın digər təmsilçisi “Çelsi”nin hücumçusu Kay Havertsin transferi üçün London klubuna ilk təklifini edib.

Arena.az bu barədə “The Athletic”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “topçular” həm “zadəganlarlar” və həm də Havertsin özü ilə ilk danışıqlar aparıblar. 23 yaşlı hücumçunun mümkün keçiddə maraqlı olduğu deyilir.

“Arsenal”ın Havertslə nəinki sadəcə maraqlandığı, “Çelsi”yə konkret təklif ünvanladığı vurğulanır. Təklifdə göstərilmiş məbləğ haqda məlumat verilməyib.

2022/2023 mövsümündə Haverts “Çelsi”nin heyətində 47 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Havertsin “Çelsi” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Havesrtsi 60 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl “Real”ın Haverts maraq göstərildiyi deyilirdi. Ancaq sonra “Kral klubu”nun bu istəyindən vaz keçdiyi açıqlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: