Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 2-ci turundan təxirə salınmış oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçı İngiltərənin “Arsenal” və Niderlandın PSV komandaları arasında baş tutub.
A qrupu çərçivəsində İngiltərədə baş tutan bu oyunun taleyini bir qol həll edib. Meydan sahibləri tək qolla 3 xala sahib çıxıblar. Matçın taleyini 71-ci dəqiqədə fərqlənən Qranit Caka həll edib.
“Topçular” bu qələbədən sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər. Britaniya təmsilçisi qələbə sayəsində pley-offa vəsiqəni təmin edib. 7 xalı olan Eyndhoven təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.
A qrupunda Norveçin “Bodo Qlimt” və İsveçrənin “Sürix” komandaları da mübarizə aparır.
Avropa Liqası
A qrupu
20 oktyabr
Arsenal (İngiltərə) – PSV (Niderland) 1:0
Qol: Qranit Caka, 71.
Xal: Arsenal – 12, PSV – 7 xal, Bodo Qlimt – 4, Sürix – 0.