“Arsenal”ın ÇL-in ələmə mərhələlərində “lənəti” davam edir

“Arsenal” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin səfərdə baş tutan “Portu” ilə ilk oyunundan məğlubiyətlə ayrılıb – 0:1.

Arena.az məlumat verir ki, bu, “topçular”ın UEFA Çempionlar Liqasının ələmə mərhələlərində ardıcıl 5-ci məğlubiyyəti olub.

Buna qədər London klubu 2015/2016 mövsümündə “Barselona”ya (0:2 və 1:3), 2016/2017 mövsümündə isə “Bayern”ə (hər iki oyunda 1:5) məğlub olmuşdu.

“Topçular” cavab oyunun çərçivəsində “Portu”nu martın 12-də “Emireyts”də qəbul edəcəklər.

Vurğulayaq ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta mübariz köklənib və doğma meydanda “topçular”ın qələbəsinə əmindir.