“Arsenal”ın futbolçusu AÇ-də matçın ən yaxşısı seçildi

AÇ-2020-nin D qrupu çərçivəsində keçirilmiş Çexiya – İngiltərə matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, İngiltərə yığmasının sol cinah müdafiəçisi Bukayo Saka bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub.

Qeyd edək ki, Çexiya – İngiltərə matçı 0:1 hesabıyla başa çatıb.

Bukayo Saka İngiltərənin “Arsenal” klubunun formasını geyinir.