“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi haqda sualı cavablayıb.
Arena.az məlumat verir ki, xüsusi mətbuat toplantısında, ispan mütəxəssis “Arsenal”ın cari mövsüm çempionluq mübarizəsində məğlubiyyətlə barışıb-barışmaması ilə bağlı sualı sərt cavablayıb:
“Ancaq mənim ölümün üstündən. Əgər mən inanmağıma (çempionluğa – redaktorun qeydi) boş versəm, onda evə yollancağam, uşaqlar”, deyə Arteta vurğulayıb.
Xatırladaq ki, ehtiyatda bir oyun olması şərtilə yarış cədvəlinin 2-ci pilləsində qərarlaşmış “Arsenal”, İngiltərə Premyer Liqasının zirvəsindəki “Liverpul”dan 11 xal geri qalır. “Qırmızılar”ın 27 oyundan 64 xalı, “topçular”ın isə 26 oyundan 53 xalı var.



