“Arsenal”ın baş məşqçsisi Mikel Arteta italyan mütəxəssis Andrea Bertanın “topçular”ın idman direktoru təyin edilməsindən məmnundur.
Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən düşünürəm ki, bu, kluba və komandaya böyük əlavədir. Odur ki, biz hamımız onun gəlişinə şadıq”, deyə London təmsilçisinin çalışdırıcısı vurğulayıb.
Mikel Arteta “topçular”ın 23 yaşlı ingiltərəli sağ cinah hücumçusu Bukayo Sakanın zədədən bərpa olaraq sıraya qayıtmasını da şərh edib:
“Azarkeşlərimizin Bukayonu necə sevdiklərini və ona valeh olduqlarını görmək xoş bir məqamdır”, deyə Mikel Arteta vurğulayıb.
Xatırladaq ki, Saka ötən ilin dekabr ayının sonunda ombasının arxa səthinin zədəsi ilə üzləşərək, cərrahi əməliyyat edilmişdi. O, bir neçə gün öncə “Fulhem”lə ev oyununda (2:1) uzun fasilədən sonra meydana çıxıb, hətta qol da vurub.
Bukayo Saka London “Arsenal”ının yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.
Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Saka “topçular”ın heyətində 25 oyuna çıxıb, 10 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.
Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 250 oyun, 67 qol və 63 məhsuldar ötürmədən ibarətdir.
Bukayo Saka “Arsenal”la bir dəfə İngiltərə Kubokunun (2020), iki dəfə İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.
Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.Arteta Bertanın təyinatı və Sakanın qayıdışı haqda danışdı
“Arsenal”ın baş məşqçsisi Mikel Arteta italyan mütəxəssis Andrea Bertanın “topçular”ın idman direktoru təyin edilməsindən məmnundur.
Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən düşünürəm ki, bu, kluba və komandaya böyük əlavədir. Odur ki, biz hamımız onun gəlişinə şadıq”, deyə London təmsilçisinin çalışdırıcısı vurğulayıb.
Mikel Arteta “topçular”ın 23 yaşlı ingiltərəli sağ cinah hücumçusu Bukayo Sakanın zədədən bərpa olaraq sıraya qayıtmasını da şərh edib:
“Azarkeşlərimizin Bukayonu necə sevdiklərini və ona valeh olduqlarını görmək xoş bir məqamdır”, deyə Mikel Arteta vurğulayıb.
Xatırladaq ki, Saka ötən ilin dekabr ayının sonunda ombasının arxa səthinin zədəsi ilə üzləşərək, cərrahi əməliyyat edilmişdi. O, bir neçə gün öncə “Fulhem”lə ev oyununda (2:1) uzun fasilədən sonra meydana çıxıb, hətta qol da vurub.
Bukayo Saka London “Arsenal”ının yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.
Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Saka “topçular”ın heyətində 25 oyuna çıxıb, 10 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.
Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 250 oyun, 67 qol və 63 məhsuldar ötürmədən ibarətdir.
Bukayo Saka “Arsenal”la bir dəfə İngiltərə Kubokunun (2020), iki dəfə İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.
Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.


