Arteta: “Bir neçə aydır ki, hər şey olduğu kimi qalır”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 33-cü turunda “Aston Villa”ya məğlubiyyətdən (0:2) sonra çempionluq haqda danışıb.

Arena.az “Football London” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən qənimət uğrunda mübarizədə hər şey dəyişə biləcəyinə nə qədər əminəm? Bəli, mümkündür. İndi bu, gerçəklikdir. Artıq bir neçə aydır ki, hər şey olduğu kimi qalır. Biz bilirdik ki, bu an gələ bilər və indi əsas məsələ cavab vermək, inanmağa davam etmək və bacardığımızı etməkdir. Əgər çempionluqlar qazanmaq istəyirsənsə, Çempionlar Liqasına düşmək istəyirsənsə, belə məqamlarda ayağa qalxmalısan. Əgər belə deyilsə, o zaman sizə gərək olan keyfiyyət yoxdur. İndi bu, bizim üçün böyük bir sınaqdır”, deyə Arteta bildirib.

Acı ev məğlubiyyəti nəticəsində “Arsenal” Premyer Liqanın liderliyini əldən verib. “Topçular” 32 oyundan 71 xalla 2-ci pillədədirlər.

Premyer Liqaya 73 xalla son çempion “Mançester Siti” başçılq edir.