Arteta çempionluq üçün “Arsenal”a nəyin gərək olduğunu açıqladı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta cari mövsüm İngiltərə çempionluğu üçün “Arsenal”a nəyin gərək olduğunu açıqlayıb.

Arena.az “Arsenal”ın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz eyni səviyyədə sabitlik nümayiş etdirməliyik və hətta daha artığını göstərməliyik. Çünki keçən il liqanın ən yaxşı komandası biz idik. Bəzi rekordları qırdıq, amma əsas qəniməti qazana bilmədik, odur ki, nə isə əskikdir. Bu, çox incə, xırda xüsuslar olacaq, müəyyən oyunları və vəziyyətləri vurğulaya bilərsiniz, amma əvvəl-axır, biz öz məqsədimizə çox yaxınıq. Bunun baş verməsi üçün sadəcə olaraq bu sikkənin başqa üzünü çevirməliyik. Bu, yalnız bizə gərək olanı və bizim nəzarət edə bildiyimizi icra etdikdə baş verəcək. Qalanları isə bizim nəzarətimizdən kənardadır”, deyə Arteta vurğulayıb.

20 oyunda 39 xal toplamış “Arsenal” İngiltərə Premyer Liqasının cari mövsümünün yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqasına 18 oyundan 45 xalla “Liverpul” başçılıq edir.