“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Liverpul”la səfər heç-heçəsi (2:2) haqda danışıb.
Arena.az ESPN şəbəkəsinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu mövqedə olmağımızı istəməzdim. Əlbəttə, beş xal öndə olmaq istərdik. Komanda diridir, komanda qənimət qazanmaq istəyir. Mən bunu hər gün hiss edirəm. Oynaya bilməyən futbolçular meydana çıxa bilmədikləri üçün üzülürlər. Hər şey daha yaxşı olacaq. Düşünürəm ki, biz düzgün yoldayıq”, deyə Arteta vurğulayıb.
Heç-heçə sayəsində “Arsenal” “Liverpul”u Premyer Liqanın yarış cədvəlində zirvədən sala bilib. Yarış cədvəlinin zirvəsinə “Mançester Siti yüksəlib, “şəhərlilər”in 23 xalı var. “Qırmızılar” 22 xalla 2-ci, “topçular” isə 18 xalla 3-cü yerdə qərarlaşıblar.


