“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Siti” ilə duyğusal rəqabətdən həzz aldığını açıq şəkildə dilə gətirib.
Arena.az bu barədə “The Guardian” dərgisinə istinadən məlumat verir.
İspan mütəxəssin bu mövqeyi, ictimaiyyətin nəzərində yanan odun üzərinə yağ tökülməsindən doğan mənzərəni xatırladır:
“Mən bu qarşılığı, oyundan sonra kürəyimə vuraraq “Afərin, siz düzgün istiqamətdə hərəkət edirsiniz, uşaqlar” deyənlərin münasibətindən daha çox xoşlayıram.
Ona görə də məhz etdiyim işi edirəm. Bunlar idarə edə bilmədiyim duyğulardır, amma mən mümkün qədər rəqabətəqadir olmalıyam, başqasının qarşılığı isə tamamilə fərqlidir”, deyə Arteta vurğulayıb.
Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə “Mançester Sit” ilə 2:2 hesablı heç-heçə oynayıb. Bu oyunda və oyundan sonra baş vermiş hadisələr “şəhərlilər” və “topçular” arasında hisslərin qızışaraq hüdudunu aşması ilə nəticələnib.
6 turdan sonra həm “Mançester Siti”nin, həm də “Arsenal”ın hesabında 14 xal var. Bu iki komanda Premyer Liqanın yarış cədvəlində 2-3-cü yerləri bölüşürlər. Turnir cədvəlinə 15 xala malik “Liverpul” başçılıq edir.
Yeri gəlmişkən, Mikel Arteta, qənaətinə görə, dünyanın ən yaxşı futbolçusu haqda fikrini paylaşıb. İspan mütəxəssisin bu barədə fikrini təqdim edirik:
“Beləsi həmişə Messi olub. Mən bunu inkar edə bilmərəm. Mənim və üç oğlumun bu məsələyə münasibətimiz eynidir. Məncə, bütün zamanların ən yaxşı futbolçusunun oyununa şahid olmaq bizə nəsib olub. Mənim üçün o, Messidir”, deyə “Arsenal”ın çalışdırıcısı vurğulayıb.