“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 14-cü turunda “Mançester Yunayted” üzərində ev qələbəsini (2:0) şərh edib.
Arena.az “Arsenal”ın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Çox şadam. Zəngin tarixə malik rəqibə qarşı bu inanılmaz stadionda 100-cü oyunu qeyd etdiyimiz üçün, bu, xüsusi bir axşamdır. Xüsusilə ikinci hissədə bəzi dəyişikliklərdən sonra necə çıxış etməyimiz və nə qədər üstünlük saxladığımız, nə qədər inandırıcı olmağımız, heç bir qol buraxmamağımız, çox ehtiyatsızcasına topu oyuna daxil etdikdən sonra Davidin (qapıçı Rayya) qurtarışı istisna olmaqla, bütün bunlar çoxlu müsbət xüsuslardan xəbər verir…”, deyə Arteta “topçular”ın üstünlüyünü qabardıb.
14 turdan sonra 28 xal toplamış “Arsenal” Premyer Liqanın yarış cədəvlində 3-cü sırada qərarlaşıb. 19 xal toplamış “Mançester Yunayted” isə 11-ci pillədə yer alıb. Premyer Liqaya 35 xalla “Liverpul” başçılıq edir.


