“Arsenal”ın baş məşqçisi Mikel Arteta ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun oyunda tədricən nəbz tapdığını bildirib.
Arena.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Düşünürəm ki, Aleksin istənilən oyunda istənilən şəraitdə oynamaq və özü olmaq qabiliyyəti var. Bir oyunçunun bunu edə bilməsi böyük bir məqamdır. Xüsusilə zədələrə görə müəyyən çətinlikləri var. Oyunun nəbzini və sabitliyini tapmaqda çətinlikləri var.
İndi o, formasına qayıdıb, indi onun çiyinləri arxasında bir neçə oyunu var və getdikcə daha əla və əla oynayır”, deyə Arteta bildirib.
Qeyd edək ki, “Arsenal”ın azarkeşləri Mikel Artetanın “topçular”ının Premyer Liqanın 33-cü turunun “Aston Villa” ilə ev oyununda məğlub olmasına (0:2) tənqidi münasibət bildiriblər. Əsasən nifrətin böyük hissəsi yenə ukraynalı müdafiəçi Aleksandr Zinçenkoya yönəlib. Azarkeşlər sosial şəbəkələrdə oyunun nəticəsi ilə bağlı klubun şərhi altına Aleksandr Zinçenkoya “gözəl-gözəl” sözlər ünvanlayıblar.
Bu mövsüm keçirdiyi 32 oyundan 71 xal toplamış “Arsenal” Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 73 xala malik “Mançester Siti” başçılıq edir.
Aleksandr Zinçenko “Arsenal”a 2022-ci ilin iyulunda 35 milyon avro qarşılığında “Mançester Siti”dən keçib. Ukraynalı müdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Zinçenko “Arsenal”ın heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Zinçenko 2019-cu ildə Ukraynada ilin futbolçusu seçilib. Ukraynalı müdafiəçinin qənimətlərinin hamısı “Mançester Siti”də çıxış etdiyi dövrə aiddir: 5 dəfə Premyer Liqa çempionluğu, 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Liqa Kuboku, 2 dəfə İngiltərə Super Kuboku.
Xatırladaq ki, ukraynalı futbolçu Donetsk “Şaxtyor”unun yetirməsidir. O, “Mançester Siti”yə gedənə qədər “Ufa”da da forma geyinib. 2016-cı ildə isə müdafiəçi Niderland təmsilçisi PSV-də icarədə olub.
Zinçenko 2015-ci ilin oktyabrında debüt etdiyi Ukrayna millisinin heyətində 60 oyun keçirib, 9 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı Aleksandr Zinçenkonu 42 milyon avro məbləğində qimətləndirir.