Artyom Dzyubanın yenə intim videosu yayıldı

Sosial şəbəkələrdə Moskva “Lokomotiv”inin və Rusiya yığmasının hücumçusu Artyom Dzyubanın yeni intim videosu yayılıb.

Arena.az xəbər verir ki, daha əvvəl – 2020-ci ilin noyabrında sosial şəbəkələrdə futbolçunun iştirakı ilə intim videosu yayılmışdı.

O zaman bu hadisə böyük ictimai əks-sədaya səbəb olmuş, hətta Rusiya prezidenti Vladimir Putin hadisəyə münasibətini bildirmişdi. Həmən qalmaqaldan sonra Dzyubanın Rusiya yığmasının noyabr ayında keçirəcəyi təlim-məşq toplanışına çağırılmaması haqda qərar qəbul edilmişdi. Hətta futbolçu çıxış etdiyi “Zenit”də komandanın “Krasnodar”la oyunu ərəfəsində kapitan sarğısından məhrum edilmişdi.

Artyom Dzyuba 2023-cü ilin fevralında Moskvanın “Lokomotiv” klubuna keçib. Rusiya Premyer Liqasının 2022/2023 mövsümündə Dzyuba komandası ilə 11 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə ilə fərqlənib. “Lokomotiv” mövsümü 8-ci sırada tamamlayıb.

Dzyuba həm də Rusiya yığmasında ən çox qol vurmuş futbolçu adını Aleksandr Kerjakovla bölüşür – 30 qol.