“Aşdod” “Qarabağ”la oyunlar üçün 25 futbolçu sifariş etdi

İsrailin “Aşdod” komandası Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az xəbər verir ki, baş məşqçi Ran Ben Şimon qarşıdakı görüşlərdə 25 futbolçunun xidmətindən yararlanacaq.

Qapıçılar: 1. Yoav Jarafi, 41. Sahar Harel Hasson, 90. Roi Mişpati;

Müdafiəçilər: 3. Gil Kohen, 5. Nenad Cvetkoviç, 12. Bar Netanel, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken, 16. Zohar Zasano;

Yarımmüdafiəçilər: 6. Feras Abu Akal, 9. Şalev Haroş, 10. Mussa Baqayoko, 14. Yoni Sisay, 23. Martin Rainov, 55. Naor Sabaq. 66. Nir Migel Hasson, 71. David Roi Nyenque, 99. Oz Bilevi;

Hücumçular: 7. Faha Aziz Bayo, 11. Lior Einbrom, 18. Guy Dahan, 21. Hamza Mavasi, 24. İdan Aharon Dahan, 30. Navaf Bzeya, 77. Yakov Brihon.

Qeyd edək ki, “Qarabağ” “Aşdod”la ilk matçını iyulun 22-də evdə, cavab görüşünü iyulun 29-da səfərdə keçirəcək.