Asim Xudiyev AÇ-2024-ün seçmə mərhələ oyununa təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa çempionatının (AÇ-2024) seçmə mərhələ oyununa təyinat alıb. Arena.az xəbər verir ki, o, martın 27-də keçiriləcək Niderland – Cəbəllütariq oyununun hakim-inspektoru olacaq.

Asim Xudiyev Bakı vaxtı ilə saat 22:45-də başlayacaq bu görüşü idarə edən hakimlərin işinə qiymət verəcək. Amma hələlik Niderland – Cəbəllütariq matçının hakim təyinatları açıqlanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: