Asim Xudiyev ÇFR – “Makkabi” matçına təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev futbol üzrə Avropa Konfrans Liqasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, o, bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq ÇFR (Rumıniya) – “Makkabi” (Petah Tikva, İsrail) matçında iş başında olacaq.

Asim Xudiyev bu görüşün hakim-inspektoru təyin olunub. Həmyerlimiz Macarıstandan olan hakimlərin işinə qiymət verəcək. Belə ki, bu matçı macar baş hakim Tamaş Boqnar idarə edəcək.

Xatırladaq ki, ÇFR ilə “Makkabi” arasındakı cavab oyunu avqustun 15-də Kluj-Napoka şəhərində yerləşən “CFR Kluj” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu komandalar arasındakı ilk görüş isə avqustun 8-də Bolqarıstanda baş tutacaq.