Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Xudiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Litva görüşünün hakim-inspektoru olacaq.
H qrupunun oyunu oktyabrın 10-da Türkiyənin Sakarya şəhərində yerləşən “Sakarya Atatürk” stadionunda baş tutacaq.


