Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Region Kubokunun yeni mövsümünün oyunlarına təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Xəbərdə vurğulanır ki, Asim Xudiyev UEFA Region Kubokunun 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin üç oyununda hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Oktyabrın 15-dən 21-nə qədər Sloveniyada təşkil olunacaq mini-turnir 2-ci qrupun oyunlarını əhatə edəcək.
Qeyd edək ki, 2-ci qrupda Sloveniyanın “Ptuj”, Serbiyanın “Voyvodina”, Moldovanın “Aneni Noi” və San Marinonun “San Marino” komandaları mübarizə aparacaqlar.
15 oktyabr
17:00. Voyvodina (Serbiya) – Aneni Noi (Moldova)
17:30. Ptuj (Sloveniya) – San Marino
18 oktyabr
17:00. San Marino – Aneni Noi (Moldova)
17:30. Voyvodina (Serbiya) – Ptuj (Sloveniya)
21 oktyabr
17:00. San Marino – Voyvodina (Serbiya)
17:00. Aneni Noi (Moldova) – Ptuj (Sloveniya)


