Asiya Kuboku: İordaniya Cənubi Koreyanı finala buraxmadı

Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.

Arena.az məlumat verir ki, bu gün yarımfinal mərhələsinə start verilib.

İlk finalçının adına İordaniya və Cənubi Koreya yığmaları arasındakı oyunda aydınlıq gəlib. Rəqibinə qalib gələn İordaniya millisi ilk finalçıya çevrilib.

Sonuncu finalçının adı sabah İran və Qətər yığmaları arasındakı oyunda müəyyənləşəcək.

Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq

Asiya Kuboku 2023
Yarımfinal
6 fevral

İordaniya – Cənubi Koreya 2:0
Qollar: Əl-Naimat, 53. Əl-Tamari, 66.

7 fevral

19:00. İran – Qətər