Aspilikueta “Çelsi”nin tarixinə düşdü

İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilmiş “Liverpul”la səfər oyunu “zadəganlar”ın futbolçusu Sesar Aspilikueta üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, komandasının 1:0 hesabıyla qalib gəldiyi görüş ispan müdafiəçinin “Çelsi”nin heyətində 411-ci oyunu olub.

Bunumla da Aspilikueta London klubunun tarixində ən çox oyun keçirən 10-cu futbolçu olub.

“Çelsi”nin bu göstəricidə rekordçusu isə keçmiş futbolçu Ron Herrisdir. Keçmiş müdafiəçi “zadəganlar”la 795 oyuna çıxıb.

2012-ci ildən “Çelsi”də çıxış edən Aspilikueta bu mövsüm 24 matçda forma geyinib.