Astara dünya Qadın Seriyasına ev sahibliyi edəcək

Mayın 20-21-də Astara şəhərində qadınlar arasında 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları baş tutacaq.

Arena.az xəbər verir ki, yarışda ümumilikdə 12 komanda iştirak edəcək.

İştirakçılar arasında Azərbaycanın 3×3 qadın milli komandası da mübarizə aparacaq. Digər iştirakçı komandalar bunlardır: Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya yığmaları. Həmçinin Çinin “Yuanda” və Azərbaycanın “Neftçi” komandası da Dünya Qadın Seriyasında mübarizə aparacaqlar.

Xatırladaq ki, 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları Astara şəhər bulvarında keçiriləcək.