Premyer Liqanın 25-ci turunda “Fulhem”ə qarşı keçirilmiş səfər oyunundakı qələbə (2:1) “Aston Villa” üçün əlamətdar olub.
Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, sözügedən komanda bu qələbə sayəsində “Liverpul”un Premyer Liqa çərçivəsində London komandalarına qarşı ardıcıl qələbə silsiləsini təkrarlayıb.
İndi “Aston Villa”nın hesabında Premyer Liqada London təmsilçiləri üzərində ardıcıl 10 qələbəsi var.
Hazırda hər iki komanda müvafiq uğura imza atmış yeganə kollektivlərdir. “Liverpul” müvafiq nailiyyətini 2019-cu ilin mart ayından 2020-ci ilin iyun ayına qədər olan müddətdə əldə etmişdi.
Hazırda “Aston Villa” 25 oyundan 49 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Fulhem” isə 29 xalla 12-ci pillədədir. “Liverpul” isə 57 xalla çempionatın vahid lideridir.