“Aston Villa” Lukas Dini heyətinə qatdı

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, London təmsilçisi “Everton”dan Lukas Dini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı fransalı müdafiəçi ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

İngiltərə mətbuatının yazdığına görə, “Aston Villa” Din üçün “Everton”a 27 milyon avro ödəyəcək.

Sol cinah müdafiəçisi olan Lukas Din peşəkar karyerasına Fransanın “Lill” klubunda başlayıb. Daha sonra o, PSJ oynayıb. 2015/16 mövsümün icarə əsasında “Roma”da keçirən futbolçu ardından “Barselona”ya transfer olunub. 2018-ci ildə isə o, Kataloniya təmsilçisindən ayrılaraq “Everton”a keçmişdi. Müdafiəçi Fransa yığmasında 43 oyuna çıxıb.