İngiltərənin “Aston Villa” klubu müdafiəçisi Ezri Konsa ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçinin əvvəlki müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər idi.
Konsa 2019-cu ildən “Aston Villa”da çıxış edir. O, bu mövsüm Premyer Liqada 26 oyunda meydana çıxıb, 2 qola imza atıb. İngilis futbolçunun “transfermarkt”da dəyəri 18 milyon avrodur.
İngiltərənin gənclərdən ibarət komandalarında oynamış Ezri Konza, “Çarlton Atletik” və “Brentford” klublarının da uğurları üçün çalışıb.