Argentinalı ulduz hücumçu Lionel Messinin atası Xorxe Messi “Barselona”nın prezidenti Joan Laportanın evində qonaq olub.
Arena.az məsələni diqqətində saxlayan jurnalist Toni Xuanmartinin “Twitter” hesabına istinadən xəbər verir ki, tərəflər 35 yaşlı ulduz hücumçunun İspaniya klubuna qayıtması ehtimalını müzakirə ediblər.
Daha əvvəl La Liqa rəhbərliyinin “Barselona”nın maliyyə planını təsdiqlədiyi bildirilmişdi. Bu, Katloniya klubuna özünün keçmiş futbolçusunu geri qaytarmaq uğrunda mübarizəyə girişməyə imkan verir.
“Leo “Barselona”ya qayıtmaq istəyir və mən də onun qayıtmasını istərdim. Leonun qayıda biləcəyinə inanırıq”, deyə Messinin atası bildirib.
Xatırladaq ki, argentinalı ulduz hücumçu son iki mövsümü PSJ-də keçirib. Mövsümün bitməsilə Fransa nəhəngindən ayrılmış Messi hazırda azad agent statusuna malikdir.



