Ataa Caber Fələstin yığmasına gedəsi olmadı

Fələstin millisinə dəvət aldığı açıqlanan “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber yığma komandanın düşərgəsinə yollanmayıb.

Arena.az xəbər verir ki, bu barədə Bakı klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, buna yarımmüdafiəçinin ölkəsində yaranan gərginlik səbəb olub. Bu üzdən də 29 yaşlı oyunçu Malayziyada təşkil olunan “Merdeka” turnirində iştirak üçün heyətə çağırılsa da, Fələstin yığması yarışdan imtina edib.

Xatırladaq ki, Ataa Caber bu ilin iyun ayında debüt etdiyi Fələstin milli komandasının heyətində 4 oyunda meydana çıxıb.

O, 2022-ci ilin iyul ayından formasını geyindiyi “Neftçi”də də 49 oyuna çıxıb, 6 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: