“Neftçi”nin iki futbolçusu – Ataa Caber ilə Vato Arveladze Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sumqayıt”a qarşı oynamayacaq. Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun “YouTube” televiziyasına açıqlama verib.
Onun sözlərinə görə, zədədən sonra fərdi məşq edən Ataa Caber və Vato Arveladze bu gün baş tutacaq qarşılaşmanı buraxacaqlar: “Komanda ilə ümumi hazırlığa qoşulan Eddi İsrafilovun isə vəziyyəti yaxşıdır. Caber də kollektiv məşqlərə başlamışdı. Sonradan dördbaşlı əzələdə ağrı hiss etdiyi üçün fərdi məşqlərlə kifayətləndi. Arveladzenin isə yüngül zədəsi var. Düşünürəm ki, qısa müddətdə komandaya qoşulacaq”.
Xatırladaq ki, “Sumqayıt” – “Neftçi” oyunu bu gün “Sumqayıt Arena”da keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.


