UEFA Çempionlar Liqasının 1/8 finalı çərçivəsində İtaliyanın “Atalanta” və İspaniyanın “Real” klubları arasında keçiriləcək oyun bir dəqiqəlik sükut ilə başlayacaq.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
İtaliyada təşkil olunacaq qarşılaşmada “Atalanta”nın vəfat edən futbolçusu Villi Ta Bi bir dəqiqəlik sükut ilə yad ediləcək.
“Atalanta” – “Real” matçı bu gün keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Qeyd edək ki, Fil Dişi Sahili yığmasının da üzvü olan Villi Ta Bi uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.