“Atalanta” yeni futbolçu ilə gücləndi

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Parma”nın müdafiəçisi Cüzeppe Petsellanı heyətinə qatıb.

Bu barədə “Atalanta”nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı sol cinah müdafiəçisi 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb. O, yeni komandasında “13” nömrəli formanı geyinəcək.

Cüzeppe Petsella 2019-cu ilin avqustundan “Parma”da çıxış edirdi. İtaliyanın gənclərdən ibarət yığmasında da oynamış futbolçu, əvvəllər “Palermo”, “Udineze” və “Cenoa”nın da formasını geyinib. O, geridə qalan mövsümdə A Seriyasında meydana çıxdığı 24 oyunda 1 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: